Rusiyaya qarşı yeddinci sanksiya paketi TƏSDİQLƏNDİ

53

Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, yeddinci sanksiyalar paketini təsdiqləyiblər.

Elchi.az xəbər verir ki, bu barədə Litvanın Aİ-dəki daimi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlərə yeni ixrac nəzarəti və “Sberbank”ın aktivlərinin dondurulması, həmçinin Rusiya qızılına embarqo daxildir.

50-yə yaxın fiziki və hüquqi şəxs, o cümlədən siyasətçilər və hərbçilər sanksiyalara məruz qalacaq.