Kabulda Rusiya səfirliyinin qarşısında baş verən partlayışda azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“5 sentyabr saat 10:50-də (yerli vaxtla) Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcını işə salıb. Hücum nəticəsində dipmissiyanın iki əməkdaşı ölüb, əfqan vətəndaşlar arasında da zərərçəkənlər var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətdiyi, nəticədə 20 nəfərə yaxın şəxsin öldüyü bildirilmişdi.
***
Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
Elchi.az xəbər verir ki, bu barədə yerli “Aamaj” agentliyi məlumat yayıb.
Partlayış Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verib.
Hadisənin təfərrüatı hələlik məlum deyil.