“Rusiyanın geri çəkilmək məcburiyyətində qalması labüddür”-Politoloq

50

“Rusiya və Ukrayna arasında həlledici döyüş payız aylarında başlayacaq”.

Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib.

O, bildirib ki, Ukraynanın genişmiqyaslı əks-hücuma keçməsi gözlənilir:

“Rusiya bununla Xerson, Zaparojeni Mariupoldan vurulub çıxarılacaq. Moskva ilə Kiyev Ankarada danışıqlar aparmaqla Rusiya Donbasda əvvəlki statusla qalmağa çalışacaq. Rusiyanın danışıqlar prosesində Krım və Donbasda qalmaq şərtini irəli sürməsi istisna deyil.
Hazırkı situasiyada danışıqlar üçün əlverişli şərait yoxdur və bütün proseslər döyüş meydanından asılı olacaq. Döyüş meydanında Rusiya geri çəkilmək məcburiyyətində qalması labüddür”.

Yeganə