İrəvanda qiymətlər durmadan artır. Ermənistan KİV-ləri bildirir ki, ərzaq məhsulları respublikada orta hesabla 7% bahalaşıb.
Bu, Rusiyadan transfertlərin azalması fonunda baş verir. Rusiyada işləyən erməni əmək miqrantlarının ailələrinə göndərdikləri pulların miqdarı yetərincə azalıb.
Artıq hesablanıb ki, Rusiya Federasiyasından bu Cənubi Qafqaz respublikasına göndərilən pul axını 172,4 mln dollar azalıb.
Nəticədə, transfertlərdən asılı olan ailələrin ödəniş qabiliyyəti kəskin azalıb, ərzaq məhsulları və vacib xalq istehlak malları yenidən bahalaşıb.
Rusiyaya sıx iqtisadi bağlarla əlaqəli olan Ermənistan üçün şimal ölkəsində baş verənlərin çox böyük önəmi var.
Rusiyada isə işlər, yumşaq deyilsə, elə də yaxşı getmir. İllik inflyasiya burada artıq rekord səviyyəyə qalxaraq artıq 17% təşkil edib və artmaqda davam edir. Fizikanın birləşmiş qablar qanunda olduğu kimi, Rusiyada vəziyyət pisdirsə – Ermənistanda daha pisdir.
Buna görə də, Karneqi Fondunun ekspertlərinin bu Cənubi Qafqaz respublikasında etiraz aksiyalarının sayının dəfələrlə artması barədə verdiyi proqnoz, böyük ehtimalla, gerçəkləşəcək (ANSPRESS).