Rusiyadakı səfərbərlik elanı elektron hökumət portalını da çökdürüb

49

“Rusiyada səfərbərlik elan olunandan sonra elektron xidmətlər göstərən Qosusluqi portalına müraciətlər kəskin artıb.
Belə ki, sosial mediada çağırışdan yayınmaq yollarının müzakirəsində məlumatlar yayılıb ki, səfərbərliklə bağlı çağırış vərəqi vətəndaşlara kağız formada və ya elektron hökumət portalı-Qosusluqi üzərindən də göndərilə bilər”.

Elchi.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında bildirib:

“Portalda şəxsi kabinetdə bildirişlər funksiyasını söndürməklə və yalnız “kağız formada almaq” imkanı seçməklə elektron formada çağırış bildirişindən imtina etmək olar. Yəni ki, çağırış vərəqindən xəbərimiz yoxdur…
Belə olan halda isə çağırış yaşlıların portala kütləvi “hücumu” başlayıb, vətəndaşlar kütləvi olaraq şəxsi kabinetlərinə daxil olub xidmətlərin elektron formada əldə olunması ilə bağlı xəbərdarlıq funksiyasını deaktiv ediblər.
Nəticədə Rusiyanın elektron hökumət portalı bir müddət çöküb və sonradan bərpa ediblər.
Portalın çöküşünü downdetector servisi də qeydə alıb”.

Yeganə