Rusiyadakı azərbaycanlılar səfərbərliyə cəlb olunacaqmı?

44

“Rusiya ordusu ilə bir illik xidmət müqaviləsi olan miqrantlara vətəndaşlıq verilməsində məqsəd nədir?
Rusiyada səfərbərlik elan olunub.
Maraqlıdır ki, dərhal da Rusiya vətəndaşlığı almaq üçün proseduraların xeyli sadələşdirildiyi bildirilib”.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidneti Osman Gündüz FB hesabında qeyd edib:

“Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb.
Belə olan halda Rusiyadakı azərbaycanlılar nə etməlidirlər ? Səfərbərliklə bağlı onları nə gözləyir?
Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq ?
XİN və Diaspora qurumumuz bu haqda nə düşünür?
Mediadan görünür ki, səfərbərlik elanından sonra Rusiyadakı miqrantlar arasında, miqrantların aid olduğu bir çox MDB ölkələrində narahatlıqlar baş qaldırıb.
Bu ölkələr miqrantların müxtəlif üsullarla Ukraynaya qarşı müharibəyə cəlb olunacağından ehtiyatlanırlar.
Düşünürəm ki, indiki zamanda oradakı azərbaycanlılara ciddi hüquqi məsləhətlər və köməklik göstərilməlidir.
Əgər Rusiyada həbsxanada olanları da müharibəyə göndərmək istəyirlərsə, demək çalışacaqlar ki səfərbərlik adı altında, müxtəlif şirnikləndirici təkliflər və TV propaqandası ilə miqrantları da orduya cəlb etsinlər.
Fikrimcə, indiki halda Rusiyadakı azərbaycanlılara, səfərbərliklə bağlı yeni yaranmış situasiyada atılacaq hüquqi addımlarla bağlı, alternativ məlumatlandırma ilə bağlı köməklik göstərilməsinə ciddi ehtiyac var.