Rusiyada ixtisaslı kadrlar ölkəni tərk edirlər

55

Qərbin sanksiyaları Rusiyaya dərin iqtisadi ziyan vura bilər. Əsas sektorlarda istehsalın kəskin azalması müşahidə olunur, ixtisaslı kadrlar ölkəni tərk etməyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Hökumət üçün hazırlanan daxili hesabata görə, ABŞ və Avropa sanksiyalarının təsiri ölkənin illərdir iqtisadiyyat üçün güvəndiyi sənaye sahələrini təhlükə altına qoyduğu üçün Rusiya daha uzun və daha dərin tənəzzüllə üzləşə bilər.
Hesabatda təqdim olunan üç ssenaridən ikisi tənəzzülün gələn il daha da sürətlənəcəyini və iqtisadiyyatın müharibədən əvvəlki səviyyəyə yalnız onilliyin sonunda və ya daha sonra qayıdacağını göstərir”, – agentlik vurğulayıb.