Rusiya XİN: Qərblə əməkdaşlıq dövrü başa çatıb

39

Xüsusi hərbi əməliyyatın davamlılığından və nəticəsindən asılı olmayaraq, artıq indidən demək olar ki, Qərblə bəzi problemlər olsa da, əsasən konstruktiv keçən 30 illik əməkdaşlıq dövrü başa çatıb.

Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasətin planlaşdırılması departamentinin direktoru Aleksey Drobinin deyib.

O, Avropa və Şimali Amerika ölkələri ilə Rusiyanın münasibətlərinin heç zaman xüsusi hərbi əməliyyatın başlanmasına qədər olan səviyyəyə qayıtmayacağını əlavə edib.