Rusiya “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin mübadiləsinin müzakirəsini mümkün hesab edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bu, mənim səlahiyyətimdə deyil, amma yəqin ki, bu, hardasa müzakirə olunur. Mən sağlam düşüncəyə zidd olmayan hər hansı ehtimalı qəbul edirəm”, – deyə Rudenko jurnalistlərə rusiyalı məhbuslarının “Azovstal”dakı ukraynalılarla dəyişdirilməsi imkanının hazırda müzakirə olunub-olunmaması sualını cavablandırarkən deyib.
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
"Crocus City Hall"dakı terror Ukraynadan maliyyələşib. Elchi.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. "Crocus City Hall"da...