Rusiya aviasiyadan istifadə etməklə, uzaqdan Ukraynaya raket zərbələri endirib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələrinin mətbuat katibi Yuri İqnat deyib.
“Onlar əvvəlcə ölkənin şimalından X-22 raketləri ilə zərbələr endiriblər. Daha sonra Krımdakı Tarxankut burnundan ölkəmizin cənub regionlarına davamlı olaraq hücumlar ediblər”, – İqnat bildirib.