Rusiya uzaqdan aviasiya ilə Ukraynanı vurdu

39

Rusiya aviasiyadan istifadə etməklə, uzaqdan Ukraynaya raket zərbələri endirib.

Elchi.az xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələrinin mətbuat katibi Yuri İqnat deyib.

“Onlar əvvəlcə ölkənin şimalından X-22 raketləri ilə zərbələr endiriblər. Daha sonra Krımdakı Tarxankut burnundan ölkəmizin cənub regionlarına davamlı olaraq hücumlar ediblər”, – İqnat bildirib.