Rusiya Ukraynanın geniş əks-hücumuna hazırlaşır

50

Rusiya Ukrayna ordusunun daha böyük əks-hücumuna hazırlaşır, hərbi və texnikanın yerləşdirilməsini nizamlayır.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya Melitopolu müdafiə etməyə hazırlaşır. Çünki bu, Rostov vilayəti ilə Ukraynanın cənubu arasında mühüm logistik marşrutdur. Eyni zamanda, Rusiya Donetsk istiqamətində Mərkəzi Hərbi Dairənin hərbçiləri ilə qruplaşmanı gücləndirir”, – məlumatda deyilib.