Rusiya Ukraynanın bu əraziləri tutduğunu təsdiqlədi

56

Rusiya susmağa və məğlubiyyətlərini şərh etməməyə üstünlük verir, lakin bu dəfə hətta ölkənin Müdafiə Nazirliyi də Ukraynanın əks-hücumundan danışıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna qoşunları Xerson-Dnepropetrovsk vilayətinin sərhədindən 5 kilometr aralıda yerləşən Vısokopolye və Novovoznesenskoye ərazisinə doğru irəliləyib. Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Xerson vilayətində Suxoy Stavka (Xerson şəhərindən təxminən 65 km şimal-şərqdə) bölgəsində irəliləyiş əldə etdiyini səhvən təsdiqləyib. Belə ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, onların zərbələri Ukrayna qüvvələrinin Beloqorka, Suxoy Stavka və Andreyevkadakı qruplaşmasına yönəlib. Və bu, Ukrayna qoşunlarının İnqulets çayının cənubunda mövqelər tutduqlarını göstərir”, – məlumatda deyilib.