Rusiya Ukraynanı tərk etməli və təzminat ödəməlidir – Trass

47

Rusiya Ukrayna ərazisini tərk etməli və ona təzminat ödəməlidir.

Elchi.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.

Onun sözlərinə görə, yalnız təzminat ödənildikdən sonra Rusiya beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş hesab edilə bilər:

“Rusiya Ukraynanı tərk etməlidir. Və biz əmin olmalıyıq ki, Rusiya onunla həmsərhəd olan ölkələri bir daha heç vaxt təhdid etməyəcək”.