Rusiya Ukraynada yəhudi prezidenti həzm edə bilmir

48
Hotel Ukraine. Kiev, Ukraine

Ruslar hələ də Ukraynada prezidentin yəhudi olduğunu “həzm edə” bilmirlər. Onlar üçün bu, boğazdakı sümük kimidir. Bu müharibə təkcə yəhudilərə deyil, bütün digər millətlərə də aiddir. Ruslar ilk növbədə özlərini denasifikasiya etməlidirlər. Kimi denasifikasiya etməyə gəldin? Mariupolu, Xarkovu? Bu barədə nə ukraynalılar, nə ruslar, nə də yəhudilər səndən xahiş ediblər.

Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın baş ravvini Moşe Azman UP-a verdiyi müsahibədə deyib.

“Kreml ukraynalılara qarşı “səlib yürüşü” keçirir, kəndləri, şəhərləri yerlə-yeksan edir. Tezliklə o, kart evi kimi yıxılacaq. Rusiyadan qat-qat güclü olan Sovet İttifaqı yalanlar imperiyası idi. O hökuməti bir dəstə quldur yaratmışdı – Lenin, Trotski, Stalin. Qardaş xalqlardan, dostluqdan, bərabərlikdən danışırdılar, amma ölkədə ksenofobiya çiçəklənirdi. Ukrayna indi onunla mübarizə aparır. Bu yalanın sonu var. İndi biz imperiyanın metastazlarının şahidi oluruq. Ukrayna özü üçün mübarizə aparmağa başlayana qədər Qərb çox az şey etmişdi. Düşünürdülər ki, Ukrayna dağılacaq. Zelenskiyə təyyarə göndərmək istəyirdilər ki, qaçsın. Lakin hər şey başqa cür oldu. Əminəm ki, baş verənlərdə ilk növbədə Allahın köməyi var. Bu aydındır. İkincisi, bütün bunlar ukraynalıların xidmətidir”, – Moşe Azman bildirib.