“Rusiyanı özü üçün qurduğu xəyal dünyasından real həyata qaytarmağa başlayıblar. Ukrayna ordusu rus ordusunu geri çəkilməyə məcbur etdikcə, ruslar özlərinin acizliyini anlamağa başlayır. Bütün istiqamətlərdə vurulan zərbələr Rusiyanı aciz duruma salıb”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Politoloq qeyd edib ki, işğalın ilk günlərində: “Bu gecə Ukrayna üçün həlledici olacaq” deyiləndə, bir çox proqnozların əksinə olaraq altı aydan çox vaxt keçəcək və Rusiya üçün həmin həlledici anın onun özünə şamil ediləcəyi az ekspertin ağlına gəlirdi:
“Artıq Ukrayna üçün də, Rusiya üçün də həlledici an gəlir. Hesab etmək olar ki, müharibənin 200-cü gününə hər şey aydınlaşacaq!. Bu gün 191-ci gündür…
Rusiyanın hərtərəfli tükəndiyi hiss olunur. Ukrayna isə əksinə hər şəkildə dəstəklə təmin olunub və olunur. Ordunun ruh yüksəkliyi də öz yerindədir.
Peskov artıq danışıqlara başlamağa hazır olduqlarını bildirir. Putinin ətrafı yavaş-yavaş aradan çıxmağa başlayır. Hələ ki, Putin öz saxta dünyasındadır. Bunkerində ona verilən saxta məlumatlarla öz başını aldadır. Putinin yuxudan ayılması günorta vaxtı ortaya ildırım düşməsinə oxşayacaq. Hər şey bir anda dağılacaq. Rus ordusu da, dövləti də yox olmağın astanasında olacaq. Rusiya tezliklə dağılmasa da, güc kimi öz əhəmiyyətini itirəcək. Məğlub olmuş rus xalqının bunun bədəlini kimə ödədəcəyi isə məlumdur-Putinə!”.
Yeganə