Rusiya ordusunun Ukraynanın cənubundakı itkiləri açıqlanıb

10

İyulun 5-də Ukraynanın cənubunda Rusiya ordusunun 18 nəfər şəxsi heyəti məhv edilib.

Elchi.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə “Pivden” operativ komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, raket-artilleriya zərbələri nəticəsində Rusiya silahlı qüvvələrinin 18 nəfər şəxsi heyəti, 2 özüyeriyən artilleriya qurğusu, 1 zenit qurğusu, 1 haubitsa, 5 zirehli texnika və 2 silah anbarı məhv edilib.