Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

60

Rusiya ordusu səhər saatlarında Xarkovu atəşə tutublar.
UNİAN xəbər verir ki, atılan raketlərdən biri şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb.
Qeyd olunur ki, Xarkovda üç partlayış səsi eşidilib.
Məlumata görə, raket zərbəsi nəticəsində altımərtəbəli yaşayış binası qismən dağılıb.
Xilasedicilər bir nəfər yaşlı qadını xilas ediblər.
Hazırda axtarışlar davam edir.