Rusiyanın Ukraynada davam edən müharibədə verdiyi itkilərin yeni statistikası açıqlanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən bu günədək Rusiya ordusunun 29 mindən çox hərbçisi məhv edilib.
Rusiyanın müharibə itkilərini təqdim edirik:
Canlı qüvvə – 29 min hərbçi;
Tank – 1285 ədəd;
Zirehli döyüş maşını – 3 141 ədəd;
Artilleriya sistemi – 599 ədəd;
Yaylım atəş sistemi – 201 ədəd;
Hava hücumundan müdafiə sistemi – 93 ədəd;
Təyyarə – 204 ədəd;
Helikopter – 170 ədəd;
PUA – 470 ədəd;
Qanadlı raket – 107 ədəd;
Gəmi/kater – 13 ədəd;
Nəqliyyat vasitəsi – 2 194 ədəd;
Xüsusi avadanlıq – 43 ədəd.