Ukraynanın Daxili İşlər Nazirliyi baş istintaq idarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyquya qarşı cinayət işi açıb. Modern.az xəbər verir ki, bu barədə Ukrayna DİN məlumat yayıb. Məlumata görə Rusiya müdafiə naziri Ukraynada qanunsuz silahlı dəstə yaratdığı və onu idarə etdiyi üçün ona qarşı müvafiq maddələrlə cinayət işi açılıb.
Bildirilir ki, Ukrayananın əsasən Donetsk və Luqansk əyalətlərindəki rus meylli silahlı separatçılar Rusiya hərbi komandanlığını nəzarəti altındadır. Ukrayna daxili işlər naziri Arsen Avakov bəyan edib ki, həmin sailhlı qruplaşmalar müəssisələrə, təşkilatlara silahlı basqın edir və bunun nəticəsində çox sayda insan həlak olur.
AzNews.az
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...