Rusiya müdafiə xərclərini artırır

54

Rusiya 2022-2025-ci illər arasında milli müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına 34 trilyon rubl (600 milyard dollar) xərcləməyi planlaşdırır.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya 2022-2025-ci illərdə milli müdafiəyə ümumilikdə 18,5 trilyon rubl xərcləyəcək. Vəsaitin 4,7 trilyonunun bu il xərclənməsi planlaşdırılır.

Bundan əvvəl Rusiya cari il ərzində milli müdafiəyə 3,5 trilyon rubl vəsait xərcləməyi nəzərdə tutmuşdu.

Ekspertlər deyir ki, Rusiyanın qonşu Ukraynada apardığı müharibə bu ölkəyə baha başa gəlib. Belə ki, Moskva bu həftə 300 min əsgərin səfərbər olunduğunu elan edib.