Rusiya MN: Ukraynada HIMARS-ın iki buraxılış qurğusu məhv edilib

35

Rusiya Silahlı Qüvvələri Xarkovda ABŞ-ın Ukraynaya verdiyi HİMARS reaktiv yaylım atəşi sisteminin iki buraxılış qurğusunu məhv edib.

Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri tərəfindən 53 ukraynalı hərbçi və xarici muzdlu öldürülüb.