“Rusiya ilə Ukrayna arasında sülh olana qədər…” – Ərdoğan

36

“Taxıl daşımasına dair sazişə əsasən, önümüzdəki günlərdə başlayacaq gəmi daşınmaları ilə qlobal ərzaq böhranının aradan qaldırılmasına töhfə verəcəyik”.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh bərqərar olana qədər diplomatik səylərini davam etdirmək əzmindədir.