Rusiya ilə bunu müzakirə etməyə hazırıq – Bayden

39

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla, yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

Elchi.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan START III-nü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara sürətlə keçməyə hazırdır. Lakin danışıqlar hərəkətə keçməyə hazır olan vicdanlı tərəfdaş tələb edir”, – Bayden bildirib.

O xatırladıb ki, hətta Soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.