Rusiya HIMARS-ları vurduğunu iddia edir – Kiyev təkzib edir

71

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynaya verdiyi HIMARS raket sistemlərini vurduğunu iddia edib.

Elchi.az xəbər verir ki, Nazirlik 5-20 iyul tarixləri arasında ABŞ istehsalı 4 HİMARS raket buraxılış qurğusu və ona aid yükləmə maşınını vurduğunu bildirib.

Ukrayna Moskvanın iddialarını rədd edib. Rəsmi Kiyev iddiaları Qərbin Ukraynaya dəstəyini sarsıtmağa hesablanmış “saxta məlumat” adlandırıb.

Qeyd edək ki, ABŞ indiyədək Ukraynaya 8 HIMARS raket sistemi verib. Kiyev bu sistemlərdən istifadə edərək Rusiyaya ağır zərbələr endirib. Vaşinqton tezliklə əlavə raket sistemlərinin və sursatların tədarük ediləcəyini bildirib.