Rusiya Ukrayna ilə danışıqlardan imtina etməyib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. XİN başçısı Kiyev və Moskva arasında danışıqların baş tutmamasına görə Qərb ölkələrini günahlandırıb.
“Hamı bilir ki, hərbi əməliyyatlar danışıqlar masasında başa çatır. Görünür, Qərb ölkələri mart ayından sonra Kiyevə bizimlə danışıqlar aparmağı qadağan ediblər”, – Lavrov vurğulayıb.