Rusiya bu halda müharibəyə yeni döyüşçülər cəlb edə bilməyəcək – İSV

52

Rusiyanın müharibədən yorğunluğu və buna görə döyüşlərə dəstəyin pisləşməsi Putinin əməliyyatlara yeni şəxslərin cəlb etməsini çətinləşdirəcək.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Analitiklər Levada Mərkəzinin bu yaxınlarda keçirdiyi rəy sorğusunu xatırladaraq bildiriblər ki, respondentlərin 48%-i müharibənin davam etdirməkdə israrlı olsalar da, gənclərin 52%-i məsələnin dinc danışıqlarla həllini istəyir.
Ekspertlər fikrincə, bütün bunlar Putinin aqressiyasına hələ də yüksək dəstək verir. Lakin əhali arasında artan müharibədən qaynaqlanan yorğunluq Kreml üçün problemə çevriləcək. Məsələn, Rusiya rəhbərliyi üçün müharibəyə yeni könüllülər cəlb etmək daha da çətinləşəcək.