Rusiya britaniyalılara “stop” qoydu

36

Rusiya Böyük Britaniyanın 30 vətəndaşını “qara siyahı”ya salıb.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 30 britaniyalının Rusiyaya girişinə qadağa qoyulub.

Sanksiya tətbiq edilən şəxslərin bəzilərinin Britaniyanın müdafiə sektoru ilə əlaqəli olduğu, digərlərinin isə Rusiyaya qarşı informasiya əməliyyatlarında iştirak etdiyi bildirilir.