Moskva Britaniya parlamentinin Lordlar Palatasının 154 üzvünə qarşı fərdi məhdudiyyətlər tətbiq edir və onların Rusiyaya girişini qadağan edir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bu qərarı Böyük Britaniyanın Rusiya Federasiya Şurasının bütün üzvlərini sanksiya siyahısına salmasına cavab olaraq atdıqlarını açıqlayıb.