Rusiya Britaniya Lordlar Palatasının 154 üzvünə sanksiya tətbiq edib

0

Moskva Britaniya parlamentinin Lordlar Palatasının 154 üzvünə qarşı fərdi məhdudiyyətlər tətbiq edir və onların Rusiyaya girişini qadağan edir.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bu qərarı Böyük Britaniyanın Rusiya Federasiya Şurasının bütün üzvlərini sanksiya siyahısına salmasına cavab olaraq atdıqlarını açıqlayıb.