Rusiyanın “UTair” aviaşirkəti Moskvadan Gəncə şəhərinə həftənin çərşənbə axşamı və şənbə günləri əlavə reyslər açıb.
Şirkət xəbər verir ki, bu marşrut ilə reyslərin sayı 3-dən 5-dək artırılıb.
Qeyd edək ki, əvvəl aviaşirkət bu istiqamətdə həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri uçuşlar yerinə yetirib.
“Bu il Azərbaycana reyslərin sayını artırdıq. Şirkətin cədvəlində Moskvadan Gəncə və Naxçıvana, Qroznı, Moskva, Sankt-Peterburq, Surqut, Tümen və Ufa şəhərlərindən Bakıya birbaşa marşrutlar var”, – deyə şirkətin yaydığı məlumatda bildirilib.
Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara 2 052 vətəndaş müraciəti daxil olub. Elchi.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, müraciətlərin 1 662-si...