Rusiya AES-dən hərbi baza kimi istifadə edir – Blinken

37

Rusiya ukraynalıları atəşə tutmaq üçün Zaporojye Atom Elektrik Stansiyasından hərbi baza kimi istifadə edir.

Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“İndi Rusiya ukraynalıları atəşə tutmaq üçün AES-dən hərbi baza kimi istifadə edir. Onlar Ukraynanın cavab atəşi açmayacağından əmindirlər. Çünki bu atəş təsadüfən nüvə reaktoruna və ya yüksək radioaktiv tullantıların anbarına dəyə bilər”, – o bildirib.

Blinkenin fikrincə, Kreml təhlükəli nüvə qılıncına əl atır:

“Vladimir Putin Ukraynanı dəstəkləyən ölkələri bütün tarix boyu heç vaxt görülməmiş nəticələrlə hədələyir”.