Rusiya əsirlərin cəsədlərini bu halda qaytaracaq

36

Rusiya istintaq başa çatdıqdan sonra Yelenovkada öldürülən ukraynalı hərbi əsirlərin cəsədlərini geri qaytarmağa hazırdır.

Elchi.az xəbər verir ki, bunu Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets deyib.

“Biz xəbər aldıq ki, onlar qəhrəmanlarımızın cəsədlərini qaytarmağa hazırdırlar, lakin istintaq başa çatdıqdan sonra. Ukrayna hələ ki, araşdırma üçün nə qədər vaxt lazım olacağı ilə bağlı suala cavab almayıb”, – o bildirib.