“Rusiya və Ermənistan vətəndaşı milyarder Ruben Vardanyanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə köçürərək burada yaşamasinı təşkil etməsi siyasi plandır”.
Elchi.az-ın məlumatına görə, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib.
O, qeyd edib ki, Vardanyan ilk növbədə Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçib və onun yerli erməni olmadığına görə Qarabağda yaşaması cinayətdir:
“İlk növbədə Rusiya sülhməramlı qüvvələri Ruben Vardanyanın Azərbaycan ərazisinə keçməsinin qarşısını almalı idi.
Rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrindən həmin şəxsin Qarabağdan çıxarılmasını tələb etməlidir. Ruben Vardanyanın Qarabağa köçürülməsini və burada siyasi fəaliyyətə başlamasının arxasında Rusiya durur və bu, Azərbaycan ərazisində separatizmi inkişaf etdirməklə, bir növ N. Paşinyana yeni alternativ kimi ortaya çıxarmağı nəzərdə tutulur.
Məhz R. Vardanyan Qarabağ əsilli generalları və hərbi-siyasi elitani öz ətrafında birləşdirib hərbi çevriliş etməsi də istisna edilmir. Məhz N. Paşinyanın Qarabağdan olan generalları həbs etməsinin motivinin arxasında hərbi çevriliş cəhdi durur.
Təbii ki, R. Vardanyanın Ermənistanda siyasi elitani birləşdirib, hərbi çevriliş planı baş tutmayacaq. Dinc etirazlarla Rusiya N. Paşinyana təzyiq edə bilmədi. Müxalifət xalqın dəstəyini ala bilmədi. Ümumiyyətlə, onun siyasi planlarının qarşısını N. Paşinyan ala bilər. Forsmajor situasiyası yaranıb, R. Vardanyan hakimiyyətə əl qoyarsa, Ermənistan Azərbaycan əlaqələri yenidən tam düşmənçilik siyasətinə qayıdacaq. Bu da Rusiyanın planıdır.
Azərbaycan R. Vardanyanın Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir. Bura Azərbaycan ərazisidir və Qarabağda kənardan gələn erməni yaşaya bilməz”.
Şayəstə