Rus raketlərinin 70 faizi məhv edilir – Jirnov

55

Rusiyanın atdığı raketlərin 50-70 faizi aviasiya, hava hücumundan müdafiə vasitələri və zenit-raket bölmələri tərəfindən vurulur.

Elchi.az xəbər verir ki,bunu Kiyev şəhər hərbi administrasiyasının sədri Nikolay Jirnov deyib.

“Təəssüf ki, 100 faizlik hava hücumundan müdafiə sistemini təşkil edə bilmirik. Bu da kəşfiyyatın olmaması, aviasiya və zenit-raket komplekslərinin çatışmazlığı kimi obyektiv səbəblərlə bağlıdır. Əlimizdə olanlar da əsasən, NATO ölkələrinin hava hücumundan müdafiə sistemləri ilə eyni effektivliyə və etibarlılığa malik olmayan sovet sistemləridir”, – Jirnov bildirib.