Rusiya ordusunun 20%-i artıq Ukraynada məğlub olub.
Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı general Mark Millli ilə söhbəti zamanı deyib.
“Düşmən ilk növbədə canlı qüvvələrində əhəmiyyətli itkilər verir. Rusiya Silahlı Qüvvələrinin Ukraynada döyüş əməliyyatlarında iştirak edən bölmələrinin beşdə biri məğlub edilib”, – V.Zalujnı deyib.
Qeyd edək ki, ABŞ kəşfiyyatının hesablamalarına görə, Ukraynada hər gün 500-ə yaxın rus əsgəri ölür və ya yaralanır.
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib....