Rus hərbçilərin olduğu bina məhv edildi

55

Xersonda rus hərbçilərinin olduğu bina vurulub.
Bu barədə yerli “Most” portalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 1-dən 2-nə keçən gecə “Milis məktəbi” adlandırılan binaya raket-artilleriya zərbələri endirilib.
Binada əksəriyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarından ibarət 200 hərbçinin olduğu bildirilir.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.