“Rus dilində təhsilə heç kim əngəl ola bilməz” – NAZİR

37

“Təhsilin keyfiyyətinə görə fərqlənən məktəblərin sırasında ilk 10-15 yeri Azərbaycan dilində tədris həyata keçirən məktəblər tutur”.

Elchi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

Nazir qeyd edib ki, Azərbaycan dilində tədris olunan məktəblər nəinki rus dilində tədris olunan məktəblərdən geri qalır, hətta dəfələrlə irəlidədir: 

“Azərbaycan dilində tədris daha keyfiyyətlidir. Əgər kimsə övladının rus dilində təhsil almasını arzu edirsə, buna heç kim əngəl ola bilməz. Ancaq yer saylarını nəzərə almaq lazımdır, bir məktəbdə rus bölməsi üçün müəyyən kvota müəyyən edilibsə, başqa bir məktəbi seçmək lazımdır”.