Rusiyanın Hava-Desant Qoşunlarının Ulan-Ude və Ussuriya desant birləşmələri Sakit okean donanmasının bölmələri ilə birlikdə Şərq Ordu Dairəsinin təlimlərində iştirakını davam etdirir.
İnterfaks xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sakit okean donanmasının “Admiral Nevelskoy”, “Nikolay Vilkov” və “Perevest” gəmiləri təlim çərçivəsində Saxalin və Kuril adalarına desant çıxarıb.
Qeyd edək ki, Rusiya Şərq Hərbi Dairəsinin hərbi təlimləri prezident Vladimir Putinin sentyabrın 11-də verdiyi əmrlə bşlayıb.