Rubinyan Rikerə Türkiyə ilə normallaşmadan danışdı

56

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikerlə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və Ermənistanın mövqeyini Filip Rikerə təqdim edib. Görüş zamanı Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.