Rövşən Lənkəranski ilə bağlı şok iddia – Sağdır (Fotolar)

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin sağ olması ilə bağlı xəbər yayılıb.

“A24.az” xəbər verir ki, bu barədə iddianı irəli sürən şəxs isə Lənkəranskinin yaxın adamlarından biridir.

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən şəxs iddia edir ki, Rövşən Caniyev ölməyib, sağdır və tanınmaması üçün üzündə əməliyyat etdirib:

“Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinq hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o həyatdadır, ölməyib və kənardan olan bitən hər şeyi izləyir”.

İddiaçı dediklərinə o qədər əmindir ki, hətta redaksiyamıza Rövşən Lənkəranskinin əməliyyatdan sonrakı görünüşünün şəkillərini də yollayıb.

İddiaçı Əvəz Əliyev etiraf edib ki, bu məlumat Rövşən Lənkəranskinin istəyi ilə ötürülür:

Əlbəttə, xalq inanmayacaq, amma bu məlumat düzgündür. Çox az sayda insan bilir ki, Rövşən yaşayır. Atdığım hər iki şəklə diqqətlə baxılsa, mimikalarından, bir də ki, gözündən tanımaq olacaq. Bir məsəl var: insanı dostundansa, düşməni yaxşı tanıyır. Odur ki, Rövşəni düşmənləri yaxşı tanıyır. Baxsalar biləcəklər. Tam əminliklə deyirəm, 100 faiz tanıyacaqlar ki, şəkildəki həqiqətən də Rövşən Caniyevdir”.

İddiaçı Əvəz Əliyev bu məlumatın nəyə görə yayılmasının səbəbini də bu cür izah etdi:

“Qoyulmuş qanundan kənar hərəkətlərə əməl olunur. Özbaşınalıqdır, bir sözlə, elə bil ki, quduz iti açmısan çölə, istədiyini qapır, quduz edir. Bu məlumatın hardan götürülməsi ilə bağlı, problem yoxdur, adımı, soyadımı, telefon nömrəmi də sayta yerləşdirə bilərsiniz.

Məlumatı yaymağımızda səbəbimiz var. Bu da məktəblərlə bağlıdır. Düşmənlər bilsin ki, Rövşən Caniyev yaşayır”.

Qeyd edək ki, “Lənkəranski” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet, qanuni oğru Rövşən Caniyev 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub.

Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Hadisə zamanı Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

Bənzər yazılar

Next Post

Son xəbərlər