Roma Papası postunu tərk edir

34

Papa Fransisk səhhətində yaranmış problemlərlə bağlı postunu tərk etməyə hazır olduğunu deyib.

Elchi.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Katolik kilsəsinin 85 yaşlı rəhbəri son vaxtlar yeriməkdə çətinlik çəkir. O, fiziki vəziyyəti kilsəni idarə etməyə imkan verməyəcəyi təqdirdə istefa ehtimalını dilə gətirib.

Roma Papası Fransisk əzələ bağlarının iltihabı və sınığı nəticəsində yaranan bel ağrıları səbəbindən son aylar bir neçə dəfə əlil arabasından və əsadan istifadə etməli olub.