Riyaziyyat üzrə əlavə MİQ imtahanı üçün qeydiyyat başlayıb

48

Riyaziyyat fənni üzrə əlavə imtahan vermək istəyən namizədlər 22 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq aktivləşdirilən müvafiq xanaya klikləyərək müraciət edə bilərlər.

Bu barədə Elchi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, müraciətlər 24 saat (23 iyul saat 11:00-a qədər) müddətində qəbul ediləcək.

Qeyd edək ki, 14 iyulda keçirilmiş imtahanda 3 sualın öncədən elan edilməsi səbəbindən elmi statistik təhlil aparılmışdı. Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.

Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılıb.

Təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.