Riker İrəvanda Paşinyanla görüşdü

48

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Elchi.az xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Bildirilib ki, tərəflər regional məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır.