Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi elan edildi

45

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən, eləcə də Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmiş namizədlərə müraciət edib.

Mərkəzdən Elchi.az-a bildirilib ki, sentyabrın 15-i saat 15:00-dan 19 sentyabr 2022-ci il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə ixtisas seçimi elan edilir.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 437 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 13 nəfəri müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

2022/2023-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR

Azərbaycan Tibb Universiteti
311114Anesteziologiya-reanimatologiya3
311122Ümumi cərrahiyyə1
311244Psixiatriya1
311252Nevrologiya1
311325Dermatovenerologiya1
311366Narkologiya1
311439Ailə təbabəti1
Naxçıvan Dövlət Universiteti
361173Psixiatriya1
361221Nefrologiya1
361287Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1
361376Laboratoriya işi1

QEYD 1. * – işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2022, səh.4-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.

Bu müddət ərzində həm də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün

//eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından aşağıda göstərilən plan yerləri üzrə ixtisas seçimi aparılır.

Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemi üçün)
358111Anesteziologiya-reanimatologiya5
358128Ümumi cərrahiyyə4
358136Neyrocərrahiyyə1
358144Ürək- damar cərrahiyyəsi1
358152Travmatologiya- ortopediya2
358169Oftalmologiya1
358177Psixiatriya2
358185Daxili xəstəliklər2
358193Dermatovenerologiya1
358217Şüa diaqnostikası2
358225Yoluxucu xəstəliklər1
358233Sosial gigiyena və səhiyyənin təşkili2
358241Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1