Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov filmə çəkilib.
Axar.az xəbər verir ki, keçmişə səyahətdən bəhs edən qısametrajlı film “Sehirli dəbilqə” adlanır.
Filmlə bağlı Kadırov özünün İnstaqram səhifəsində yazıb:
“Biz “Sehirli dəbilqə” filmini çəkdik. Müəlliflər və böyük aktyorlar mənə əsas rolu tapşırdılar. Filmin qəhrəmanı keçmişə aparan köhnə dəbilqə haqqında eşidir. O, həmin dəbilqəni tapır və keçmiş əsrlərdə olur”.