“COVID 19-la bağlı antibiotiklərin, steroidlərin, antiviralların, yüzlərlə lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”.
Bunu bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş “COVID 19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır: “Bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirləri nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik”.
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Elchi.az xəbər verir ki, bu barədə...