Rəsulzadə və Topçubaşovun məzarları Azərbaycana gətirilsin!

6

Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin xarici ölkələrdə olan qəbirlərinin Azərbaycana gətirilməsi təklif olunub.

Elchi.az  xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev təklif səsləndirib.

O, Bakıda yerləşən Cümhuriyyət abidəsinin də binaların arasında, görünməyən yerdə olduğunu bildirib:

“Hesab edirəm ki, Bakının bəzi hissələrində olan köhnə binalar, hansı ki, dağılmaq üzrədir, onlar sökülsün və yerinə Cümhuriyyət parkı salınsın, Cümhuriyyət abidəsi də həmin parka yerləşdirilsin”.

Q.Həsənquliyev, həmçinin təklif edib ki, məzarları xarici ölkədə olan cühmuriyyətçilərin – Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubasov və digərlərinin qəbirləri Azərbaycana gətirilsin.