Rəşad Rüstəmov vəfat etdi

48

Jurnalist, tarix üzrə fəlsəfə doktoru Rəşad Rüstəmov vəfat edib.
Elchi.az xəbər verir ki, o, 53 yaşında dünyasını dəyişib.
R.Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi olub.
Onun cənazəsi Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R.Rüstəmov uzun illər “Zerkalo” qəzetində işləyib.