“Rəisinin açıqlamaları indi başqa qənaətlərə əsas verir”

45

“İran prezidenti İbrahim Rəisi çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında regionda gərginliyin davam etməsindən narahatlığını ifadə edərək, Qafqazda təhlükəsizliyin qorunmasının onun ölkəsi üçün çox vacib olduğunu deyib: “İran və Ermənistanın tarixi sərhədləri regionun rifahı, yaxınlaşması və təhlükəsizliyinin əsasıdır.Tehran bütün sahələrdə əməkdaşlığı davam etdirmək əzmindədir” “.

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Rəisi İsrailin bölgəyə təsirindən danışaraq bu təsirin bütün bölgəni, eləcə İsrailin özünü təhdid etdiyini söyləyib. O, ölkəsinin Qafqaz regionundakı vəziyyəti və hadisələri daim izlədiyini, “regionun növbəti müharibəyə yol verməli olmadığını” qeyd edib. İran prezidenti 2020-ci il noyabrında üçtərəfli bəyanatı imzalamış tərəflərə çağırış edib: “Atəşkəs bəyanatını imzalayanlar onun müddəalarına əməl etməli və regionda gərginlik yaradan hər hansı hərəkətdən çəkinməlidirlər”(Tasnim)
İran prezidentindən əvvəl İran Xarici İşlər Nazirliyi də Azərbaycan və Ermənistan arasında gərginliyin və sərhəd münaqişələrinin artması ilə bağlı narahatlığını ifadə etmişdib. Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Azərbaycan və Ermənistan olan iki respublikanın sərhədlərində hər hansı dəyişikliyin İran tərəfindən qəbuledilməz olduğunu” vurğulayıb. O, bəyan edib ki, ölkəsi bu məsələ ilə bağlı hadisələri diqqətlə izləyir, eyni zamanda bu iki ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmağı zəruri hesab edir (İranglobal).
Bəs, İsrailin hansı təsirindən söhbət gedir? Sualın cavabı İran rəsmi xəbər agentliklərinin sentyabrın 12-də yaydığı dezinformasiyadadır. İddia edilirdi ki, Təl Əvivdən -“işğal olunmuş Fələstin ərazisindən” Bakıya təyyarələrlə silah daşınıb. Xəbərin ciddiliyini sübut etmək üçün uçuş trayektoriyasını əks etdirən xəritələr, Azərbaycan və İsrail rəsmilərinin əməkdaşlıq haqda müxtəlif zamanlarda səsləndirdiyi fikirlər də əlavə olunmuşdu. Bir gün əvvəlki yazıda o xəbərin feyk olmasını sübut edən faktları sadaladığımızdan təkrar təfərrüata getmirik.
Düzü, həmin feyk xəbərlə tanış olanda onun meydana çıxamasını erməni lobbisinin II Qarabağ müharibəsi ərəfəsində etdiyi kimi yenə də irimiqyaslı döyüşlərə başlamaq üçün əvvəlcədən apardığı informativ-diplomatik hazırlığın bir elementi zənn etmişdik. Amma Rəisinin açıqlamaları indi başqa qənaətlərə əsas verir. Bu feyk istehsalı İsrailin təsirinin bütün bölgəni təhdid etdiyini iddia etmək, sərhədlərin dəyişilməzliyi, İran və Ermənistanın tarixi sərhədləri haqda növbəti gəlişi gözəl fikirlər səsləndrimək üçün İranın özünə lazım imiş. II Qarabağ müharibəsi ərəfəsi də İran mediası təkfirçilər, “Pakistan yaraqlıları”, “suriyalı muzdlular”, əcinnələr, divlər haqda belə dezinformasiyalar yaymış, sonra da o yalanlar İran rəsmilərinin dillərində dastana dönmüşdü…”.

Şayəstə